Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İran COVID-19 vaksinini insan üzərində sınaqdan keçirməyə başlayır

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Səid Nəməki Farmeks (Pharmex) 2020 Dərman Preparatları Sərgisinin açılış mərasimində bildirib ki, İran koronavirus (COVID-19) vaksininin istehsalı sahəsində böyük addımlar atıb və tezliklə bu vaksinin insan üzərində sınaqdan keçirilməsinə başlanacaq.

Səid Nəməki qeyd edib ki, ötən 4 ay ərzində iranlı mütəxəssislərin vaksinin istehsalı üzrə fəaliyyəti yaxından izlənilib və nəticələr çox ümidvericidir. Vaksinin heyvan üzərində sınağı uğurla keçib. Ölkədə koronavirusun yayılması ilə İran 60 gün ərzində əlaqədar səhiyyə vasitələrinin idxalçısından ixracatçılardan birinə çevrilib.

Nazir əlavə edib ki, İran ötən il (21 mart 2019-dan -20 mart 2020-dək) səhiyyə vasitələri və dərman preparatlarının idxalını təxminən 20 faiz azaldıb. Beləliklə, təxminən 600 milyon avro vəsaitə qənaət edib.

Qeyd edək ki, İranda ötən günədək 225 205 nəfər koronavirusa yoluxub, 10 672 nəfər ölüb, 186 180 nəfər sağalıb.

30 2020 12:50 -

Köhnə versiyamızdan xəbərləri izlə