Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Puerto Rikoda quraqlıq səbəbiylə fövqəladə vəziyyət elan edilib

Ada dövləti Puerto Rikonun hakimiyyəti quraqlıq səbəbi ilə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bölgələrin yarıdan çoxunda meteoroloqlar orta və ya güclü quraqlıq qeydə alıblar. Bununla yanaşı, mütəxəssislər su anbarlarında suyun səviyyəsinin azaldığını bildiriblər. Puerto Rikonun qubernatoru Vanda Vaskesin sözlərinə görə, mövcud vəziyyət xüsusilə pandemiya vəziyyətində daha da problemlidir.

Hazırda ölkədə 7 mindən çox koronavirus infeksiyasına yoluxan qeydə alınıb, 153 nəfər ölüb. Hakimiyyət tədricən məhdudlaşdırıcı tədbirləri ləğv edir,  komendant saatının müddətini azaldır və dükanların içərisində eyni vaxtda olan müştərilərin sayının tədricən artırmasına icazə verir.

30 İyun 2020 10:29 -

Köhnə versiyamızdan xəbərləri izlə