Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ailə üzvü COVİD-19-dan vəfat edib

BMT-nin rezident əlaqələndiricisi Qulam İshaqzai COVİD-19 pandemiyası ilə bağlı “Bunu Azərbaycan üçün edin” adlı müraciətində bildirib ki, bu yaxınlarda mən də ailə üzvümü bu virusa görə itirdim. İnanın mənə, bu təhlükə realdır və yanımızdadır. COVİD-19-un qapımızı döyməsini gözləməməliyik.

Qulam İshaqzai təəssüflə qeyd edib ki, COVİD-19 pandemiyası hələ də bizimlədir. Dünyada yoluxma sayı 9 milyonu keçib. Ölənlərin sayı isə yarım milyona çatır. O əlavə edib ki, Azərbaycanda da yoluxanların sayı artır: "Təəssüf ki, ölənlərin də sayı artır. Bu bəlaya qalib gəlmək və normal həyata tez bir zamanda dönmək üçün bu sadə tədbirləri görməyinizi xahiş edirəm. Fiziki məsafə saxlayın, əllərinizi tez-tez yuyun, tələb olunan yerlərdə maska taxın, onlardan düzgün istifadə edin, zərurət yaranmadıqca evdən çıxmayın, hökumətin tələblərinə riayət edin. Bunu özünüz üçün, ailəniz üçün, Azərbaycan üçün edin!"

30 İyun 2020 10:12 -

Köhnə versiyamızdan xəbərləri izlə