Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son illər ərzində ölkəmizin energetika sisteminin yenilənməsi istiqamətində mühüm işlər görülüb

Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə elektroenergetika sisteminə, eləcə də paytaxtın elektrik şəbəkəsinə daim diqqət və qayğı göstərib. Ötən müddətdə bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilib, yenidənqurma, tikinti işləri böyük vüsət alıb. Təkcə son iki ildə dövlət başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib, 15 ədəd yarımstansiya yenidən qurulub, 12 yarımstansiyada isə təmir-bərpa işləri həyata keçirilib.

Respublikada elektrik enerjisi təsərrüfatının yenidən qurulma­sı, bu sahədə ən son innovativ həllərin tətbiqi və nəticə etibarilə əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər sırasında “Azərbaycan” İs­tilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilməsi xüsusi diqqət çəkir.

Prezident İlham Əliyevin dəqiq müəyyənləşdirdiyi strateji hədəflər, düşünülmüş strategiya ilə Azərbaycan elektrik enerji­sini idxal edən ölkədən ixra­catçı ölkəyə çevrilərək davamlı inkişafı ilə regionun lider dövləti statusuna sahib çıxıb. Dünya birliyinin etibarlı tərəfdaşı olan respublikamızın adının inkişaf etməkdə olan dövlətlər sırasında çəkilməsi isə hər birimizdə qürur hissi doğurur. Təbii ki, bu qürur hissi, ilk növbədə, cənab İlham Əliyevin yorulmaz, səmərəli fəaliyyəti ilə bağlıdır. Möhtərəm Prezidentin gərgin səyi nəticəsində müəyyənləşən yeni inkişaf konsepsiyası ölkəmizin enerji sektorunun bütünlüklə yenilənməsinə səbəb olub.

Sevindirici haldır ki, cənab İlham Əliyev iyunun 25-də Mingəçevirə səfəri çərçivəsində “Azərbaycan” İstilik Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi zamanı bu barədə ətraflı bəhs edib. Dövlətimizin başçısı, xüsusilə son illərdə görülən işlər nəticəsində enerji təsərrüfatının tamamilə yeniləşdiyini, res­publikanı qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlərin inşa edildiyini, bir çox yerlərdə yeni yarımstansiyalar tikildiyini, transformatorlar quraşdırıldığını vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: “Son 16 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmiş­dir və onların arasında böyük stansiyaları xüsusilə qeyd etmək istərdim – “Cənub”, təxminən, 800 meqavat, “Səngəçal” 300 meqavatdan çox, “Sumqayıt” 525 meqavat, “Şimal-2” 400 meqavat, ondan əvvəl “Şimal-1” 400 meqavat. Bütün bunlar son illərdə tikilmiş stansiyalardır. Ancaq müstəqilliyimizin ilk illərində Azərbaycan yalnız bu stansiya hesabına yaşayır­dı. Yalnız Heydər Əliyevin uzaqgörənliyi və vaxtında atılmış addımların səmərəliliyi nəticəsində Azərbaycan ayaqda dura bilmişdir”.

Yeri gəlmişkən, “Reabilitasi­ya proqramı” çərçivəsində Bakı şəhərində, habelə regionlarda infrastruktur və sahibkarlıq obyektlərinin elektrik enerjisi ilə təchizatında mühüm rol oynayan “Bakı”, “Astara”, “Şəki”, “Xaçmaz”, “Şahdağ” və “Səngəçal” modul tipli elektrik stansiyalarında da itirilmiş gücün bərpası istiqamətində işlər aparı­lıb. Bir çox elektrik stansiyaları və yarımstansiyaların 500, 330, 320, 110 kilovoltluq hava xətləri, o cümlədən, yarımstansiyalar yenidən qurulub.

Adıçəkilən proqra­ma müvafiq olaraq hazırda yüksəkgərginlikli elektrik verilişi xətlərində modernləşmə davam etdirilir, enerjinin idarə edilməsi üçün SCADA dispetçer sisteminin yenidən qurulması istiqamətində işlər görülür.

Azərbaycan Respub­likası Prezidentinin enerji təsərrüfatında görülən işlərə verdiyi belə yüksək qiymət energetiklərin məsuliyyətini daha da artırır. Ötən 5 il ərzində əldə edilən müsbət göstəricilər onların bu yolda inamla irəli gedəcəklərini, ölkə başçısının etimadını yüksək səviyyədə doğrulda biləcəklərini deməyə əsas verir.

Rəsul BAXIŞOV,
Azərbaycan Respublikasının əməkdar energetiki

30 2020 01:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə