Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaqları bu bəladan qorumaq üçün bütün imkanları səfərbər etmişik

Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyası qlobal pandemiya kimi bütün xalqlar və dövlətlər üçün real təhlükə mənbəyinə çevrilib. Əhalinin sağlamlığının qorunması istiqamətində mübarizə xarakterli və profilaktik tədbirlərin həyata keçirilməsi dövlətlər üçün strateji prioritetdir. Qlobal pandemiyanın fəsadlarının uşaqlara təsirinin qarşısının alınması üçün də dövlətimiz tərəfindən mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlər uşaqların xəstəlikdən qorunmasının səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Koronavirus pandemiyasının gedişatı uşaqların infeksion xəstəliklərin mənfi təsirlərinə daha həssas olduqlarını göstərir.

Prezident İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxım­dan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradıl­ması bizim əsas məqsədlərimizdəndir”.

Bəli, bu günlər Azərbaycan pediatrları uşaqların qorunması üçün bütün imkanlardan istifadə eməyə çalışırlar. Beynəlxalq təşkilatlar da uşaqların bu xəstəlikdən qorunması üçün yollar axtarır, mühüm layihələr həyata keçirirlər.

COVID-19 pandemiyasından uşaqların təhlükəsizliyini, rifahını və gələcəyini qorumaq üçün UNICEF gündəlik hazırlayıb. Gündəlikdə göstərildiyi kimi, Birləşmiş Millətlər Təşkilatının COVID-19-un uşaqlara təsiri ilə bağlı açıqla­dığı siyasət üzrə analitik icmala uyğun olaraq, dünyanın hər yerində pandemiyadan uşaq­ların təhlükəsizliyini qorumaq üçün hərtərəfli tədbirlərin görülməsi nəzərdə tutulur.

Rəhbərlik etdiyim 8 saylı uşaq poliklinikası xəstəliyin ortaya çıxdığı ilk gündən uşaqların sağlamlığının qorunması üçün mühüm tədbirlər həyata keçirir. Sahə həkimlərimiz ərazilərdə olur, valideynlərin maarifləndirilməsi üçün onlarla ətraflı söhbətlər aparırlar. Ailələrlə telefon əlaqələri yaradır, uşaqların vəziyyətindən xəbər tuturuq. Səhiyyə Nazirliyinin əmrinə əsasən, uşaqlar­dan yaxma götürür, əgər xəstəlik əlaməti varsa, həkimlərimiz onların evdə müalicəsini təşkil edirlər. Onlara dərmanlar pulsuz olaraq verilir.

Polikilinika işçiləri özləri də qaydalara ciddi əməl edirlər. Maska taxır, sosial məsafəni gözləyirlər. Yaxşı bilirik ki, uşaqların müalicəsi, xəstəliklərinin vaxtında müəyyən olunması biz həkimlərdən çox asılıdır. Biz də bütün imkan­lardan istifadə edərək, hörmətli dövlət başçımı­zın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qarşıya qoyduqları məsuliyyətli vəzifələri həyata keçirmək üçün imkanlarımızı səfərbər etmişik.

Zöhrə MEHDİYEVA,
Bakı şəhəri, Xətai rayonundakı 8 saylı uşaq poliklinikasının baş həkimi

30 2020 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə