Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnformasiya agentlikləri pandemiya dövründə süni intellektdən daha geniş istifadə etməyə başlayıblar

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti onlayn seminarında xəbər istehsalında mövcud vəziyyət və perspektivlər müzakirə olunub

İnformasiya agentlikləri pandemiya dövründə xəbər istehsalı üçün süni intellektdən daha geniş istifadə edirlər. Jurnalistlərin bir çoxu­nun məsafədən işləməsi şəraitində bu texnologiyalar agentliklərin fəaliyyətindəki dinamikanı sabit saxlamağa və artırmağa imkan verir.

Koronavirus pandemiyası zamanı informasiya agentliklərinin fəaliyyəti, xəbər istehsalında mövcud vəziyyət və perspektivlər Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Aleksandru Giboinin moderatorluğu ilə keçən növbəti onlayn seminarda müzakirə olunub.

Təqdimatla çıxış edən Press Association xəbər agentliyinin prezi­denti Klayv Marşal hazırkı vəziyyətdə əsas məqsədin xəbər istehsalının zəifləməməsinə çalışmaq, riskləri azaltmaq, yeni texnologiyalardan daha faydalı istifadə etmək olduğunu bildirib. “İndi bizim agentliyin xəbərlərinə daha çox ehtiyac yaranıb. Əməkdaşlarımız məsafədən çalışsalar da, xəbər isteh­salının azalmasına yol vermədik. Bu istiqamətdə həm də süni intellektdən daha çox istifadə etməyə başladıq. Bu texnologiya vasitəsilə bir ayda 17 min xəbər hazırlayıb abunəçilərə göndərdik”,– deyə o, qeyd edib.

Hazırda agentliklərin xəbərlərinə olan böyük tələbatı postpandemiya dövründə də saxlamaq üçün mövcud imkanları itirməməyin önəmli olduğunu deyən Klayv Marşal bildirib ki, qeyri-müəyyənliklərə baxmayaraq, inkişaf və fəaliyyətin şaxələndirilməsi strategiyası­na diqqət yetirmək lazımdır.

Azərbaycanda pandemiya şəraitində AZƏRTAC-ın iş təcrübəsini bölüşən İdarə Heyətinin sədri, Asiya və Sa­kit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanov qeyd edib ki, hazır­kı vəziyyətdə insanlar daha etibarlı informasiya mənbələrinə üz tutur və bu səbəbdən agentliklərə müraciətlərin sayı artır. “AZƏRTAC karantin rejiminə baxmayaraq, informasiya istehsa­lında müsbət dinamikanı saxlayır. Əməkdaşlarımızı COVID-19 virusun­dan qorumağı prioritet hesab edirik. Vətəndaşları, ilk növbədə, COVID-19-a qarşı mübarizə tədbirləri, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə dövlətin həyata keçirdiyi sosial-iqtisa­di dəstək proqramları maraqlandırır. Biz də bu məsələlərlə bağlı xəbər, video, infoqrafika, analitik materiallar hazırla­yaraq yayırıq. Deyə bilərəm ki, bu dövr AZƏRTAC və bütün agentliklər üçün də imkanların və resursların sınağı oldu”, – deyə Aslan Aslanov vurğulayıb.

Görüşdə COVID-19 pandemiya­sının informasiya mühitinə təsirləri, perspektivlər, mümkün böhran vəziyyətlərindən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Stras­burqda yaradılıb. Dünya informasiya siyasətinə mühüm təsir göstərən təşkilat öz sıralarında Avropanın 32 xəbər agentliyini birləşdirir. Buraya Böyük Bri­taniyanın Press Association, Fransanın France Press, Almaniyanın DPA, İspani­yanın EFE, Rusiyanın TASS, Türkiyənin Anadolu kimi böyük agentlikləri da­xildir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

30 2020 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə