Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsi 2020-ci il üçün yanacaqdaşıyan avtomobillərin və anbarda olan yanacaq çənlərinin kalibrə edilməsi və dərəcələnməsi xidmətlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

İddiaçılar öz tender təkliflərini bütün zəruri vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdır­lar. Təkliflərin qiymətləndirilməsində malların (xidmətlərin və ya işlərin) keyfiyyətli olması nəzərə alınmaqla ən aşağı qiymətə, əsas şərtlər toplu­sunda göstərilən meyarlar və texniki xüsusiyyətlərə uyğun hazırlanmış ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı­na (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. İddi­açı qismində ixtisaslı işçi heyətinə malik mikro, kiçik və orta sahibkarlıq subyektləri açıq tenderdə iştirak edə bilərlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 50 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesa­ba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmala­rının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

B1. Benefisiar (alan) bank

Adı - Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

VÖEN – 1401555071

M/h - AZ­41NABZ01360100000000003944

SWIFT BIK CTREAZ22

B2. Vəsaiti alan müştəri (benefi­siar)

Adı – DİN-in Daxili Qoşunlarının Baş İdarəsi

H/h - AZ44C­TRE00000000000002458570

VÖEN – 1500426471

D3. Büdcə təsnifatının kodu – 142330

D4. Büdcə səviyyəsinin kodu – 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ya­zılı müraciət (müraciətdə müəssisənin adı, yerləşdiyi ünvanı, poçt indeksi, bank rekvizitləri, telefon nömrələri, rəhbərinin adı, soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);

- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);

- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 fa­izi həcmində (təklifin təminatı) bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır). Bank təminatını təqdim etməyən iddiaçı­nın tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;

- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haq­qında bank arayışı;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatları­nın surəti;

- analoji işlərdə təcrübəsi, iddiaçı­nın potensial texniki və kadr imkan­ları haqqında rəsmi məlumat (tələb olunan malların xidmətlərin və ya işlərin satınalınması üzrə təcrübəsi, ixtisaslı kadr və texniki imkanları, işçi qüvvəsinin olması barədə məlumatları malgöndərən (podratçı) uçotdakı vergi orqanından alır);

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarius­dan təsdiq edilmiş surəti);

- malgöndərən (podratçı) satınal­ma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qayda­sında qadağan edilməməsi barədə məlumatlar;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı müvafiq orqanlardan sənəd.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 21 iyul 2020-ci il saat 16.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 29 iyul 2020-ci il saat 16.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların tender təklifləri 30 iyul 2020-ci il saat 16.00-da dövlət satınalmalarının vahid inter­net portalında açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

30 2020 01:37 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə