Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“NEFTMAŞTƏMİR” ASC-nin 2019-cu il üzrə MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABATI

 

 

 

 

 

 

 

 

 

                                                                                         manatla

Mənfəət vergisi üzrə:

2019-cu il

Ümumi gəlir

897 955.01

Gəlirdən çıxılmalar

0.00

Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq

0.00

Malların təqdim edilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə xərclər

897 955.01

Əməkhaqqı xərci

105 161.01

Sosial sığorta xərci

25 953.92

Xammal və materiallar

498 721

Malın dəyəri

İcarə haqqı

0.00

Amortizasiya xərcləri

29 545.63

Enerji xərcləri

151 857.25

Qaz xərcləri

19 146.55

Yanacaq xərcləri

2 000.00

Su və kanalizasiya xərcləri

954.24

Rabitə xərcləri

1 637.97

Bank xidməti üzrə xərclər

2 202.21

Sığorta xərcləri

3 106.18

Ezamiyyə xərcləri

0.00

Təmir xərcləri

0.00

Bilavasitə malların təqdim edilməsi ilə bağlı sair xərclər

 

Digər xərclər

429.00

 

Gəlirdən çıxılan vergilər və yığımlar

 

Bank faizləri

0.00

 

Torpaq vergisi

5 573.90

 

Əmlak vergisi

1 117.81

 

Cəmi xərclər

847 406.67

 

Ümumi gəlirdən çıxılmalardan sonra xərclər

847 406.67

 

Zərər

50 548.34

 

Keçmiş illərin çıxılası zərəri

83 153.05

 

       

Mənfəət və zərər haqqında hesabat

Gəlirlər, xərclər, xalis gəlir (mənfəət), dividend

Məbləğlər

2019-cu il üzrə

Gəlirlər

897 955.01

Xərclər

847 406.67

Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq

0.00

mənfəət

50 548.34

mənfəət vergisi

0

Keçmiş illərin çıxılası zərəri (2014-cü il)

83 153.05

QEYD- Müəssisə 2019-cu ili 50 548.34 manat mənfəətlə başa çatdırmışdır.

CƏMİ AKTİVLƏR

Hesabat dövrünün əvvəlinə

Dövr ərzində daxil olmuşdur

Dövr ərzində təqdim edilmiş, silinmiş və ləğv edilmişdir

Hesabat dövrünün sonuna

4 208 010.45

2 211 808.50

1 917 993.4

4 501 825.55

 

Ehtiyatlar (mallar)

989 223.11

847 720.31

907 705.01

929 238.41

Əsas vəsaitlərin dəyəri

158 650.72

0.00

26 733.43

131 917.29

Debitor borcları

622 217.55

344 322.33

54 251.46

912 288.42

Pul vəsaitləri

6 054.30

930 040.86

929 303.50

6 791.66

Gələcək dövrün xərcləri

833 792.53

89 725.00

0.00

923 517.53

Digər aktivlər

1 598 072.24

1 598 072.24

CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR

4 208 010.45

2 316 960.12

2 023 145.02

4 501 825.55

Nizamnamə kapitalı

291 880.00

0.00

0.00

291 880.00

Xalis mənfəət

95090.90

Kapital ehtiyatları

723 125

Sair kreditor borcları

1 125 082.61

846 692.79

1 720796.4

290 979.00

Digər öhdəliklər

1 972 831.94

0.00

302 348.62

1 670 483.32

Gələcək dövrün gəlirləri

0.00

1 470 267.33

0.00

1 470 267.33

                     

 

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Neftmaştəmir” ASC səhmdarlarına!

Rəy

Mən “NEFTMAŞTƏMİR”ASC-nin 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyəti, xalis gəlir (mənfəət), zərərlər və digər məcmu gəlir, ka­pitalda dəyişikliklər və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqın­da hesabatlarından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən izahedici qeydlərdən ibarət maliyyə hesabatlarının auditini aparmışam.

Məncə, əlavə edilmiş maliyyə hesabatları şirkətin 2019-cu il dekabrın 31-nə maliyyə vəziyyətini, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün əks etdirir.

Rəy üçün əsaslar

Mən auditi Beynəlxalq Audit Standart­larına (BAS-lara) uyğun aparmışam. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesa­batlarının auditi üçün auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Mən Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən maliyyə hesabatlarının auditinə aid etik normalarla Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun ola­raq şirkətdən asılı deyiləm və digər etik öhdəliklərimizi bu məcəllənin tələblərinə uyğun yerinə yetirmişəm. Məncə, əldə etdiyim audit sübutları rəyimi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti

Rəhbərlik maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Beynəlxalq Standartları­na (MHBS) uyğun olaraq hazırlanmasına, düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatla­rının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik şirkəti ləğv etmək və ya işini da­yandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mü­hasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.

İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər şirkətin maliyyə hesabatlarının təqdim edilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Mənim məqsədim təqdim edilmiş maliyyə hesabatlarında dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını tərtib etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq istifadəçilərin maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmək ehtimalı yarandığı halda əhəmiyyətli sayılır.

Məncə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və müna­sibdir.

Direktor-Auditor- R.Ə.Əlizadə

10 fevral 2020-ci il

30 2020 01:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş
16 İyul 2020 | 00:55
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə