Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polşada prezident seçkiləri keçirilib

Birinci turun əsas qalibi hazırkı dövlət başçısı Anjey Dudadır

Bazar günü Polşada prezident seçkiləri keçirilib. Dövlət Seçki Komissiyası səsvermədən sonra bülletenlərin 99,78 faizinin hesablanmasını başa çatdırıb. Məlumatı TASS verib.

Seçkinin nəticəsi ilə bağlı yayılmış məlumatda bildirilir ki, birinci turun lideri ölkənin hazırkı prezidenti Anjey Dudadır.

Dövlət Seçki Komis­siyasının başçısı Silvestr Marçinyak keçirdiyi mətbuat konfransında bəyan edib ki, Duda səslərin 43,67 faizini qazanıb. Onun əsas rəqibi, Polşanın iri müxalifət partiyası olan “Vətəndaş platforması”nın rəhbəri, Var­şava meri Rafal Tşaskovski isə 30,34 faiz səs toplaya bi­lib. Üçüncü yerdə 13,85 səslə müstəqil namizəd, jurnalist Şimon Xolovnya qərarlaşıb. Qalan səkkiz namizəd isə ikirəqəmli nəticə qazanmağa nail olmayıb.

Marçinyakın sözlərinə görə, səsvermə prosesində rekord seçici fəallığı qeydə alınıb: “İlkin məlumatlara görə, seçici fəallığı 64,4 faiz təşkil edib”.

Seçki Komissiyasının başçısı deyib ki, birinci turda namizədlərdən heç biri sadə səs çoxluğu qazana bilmədiyi üçün ən yaxşı nəticə topla­mış iki namizəd ikinci turda mübarizəni davam etdirəcək. Prezident seçkilərinin ikinci turu iyulun 12-də keçiriləcək.

Dövlət Seçki Komissiyası seçkinin rəsmi nəticələrini iyulun 1-nə qədər açıqlaya­caq. Hazırda hər şey region­lardan və xarici ölkələrdən hesabatların hansı sürətlə daxil olmasından asılıdır.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

30 2020 01:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə