Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin ABŞ vətəndaşlarına sanksiya tətbiq edir

“Reuters” agentliyinin məlumatına görə, rəsmi Pekin Çinin Honkonq Xüsusi İnzibati Ərazisi ilə bağlı fəaliyyətlərinə görə, ABŞ vətəndaşlarına viza məhdudiyyəti tətbiq edəcək.

Bu bəyanatla Çinin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien çıxış edib. O deyib ki, bu, ABŞ-ın Honkonq məsələsi ilə bağlı bəzi Çin rəsmilərinə viza məhdudiyyəti ilə bağlı qərarına cavabdır. Çin tərəfi viza məhdudiyyəti tətbiq olu­nacaq şəxslər barədə dəqiq məlumat verməyib.

Qeyd edək ki, Cao Licien Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf mənafelərini, o cümlədən, Honkonq məsələsi ilə bağlı “Bir dövlət, iki sistem” prinsipi­ni müdafiə etmək əzmində ol­duğunu bir daha bəyan edib. Bildirib ki, Honkonqda milli təhlükəsizlik qanunvericiliyi məsələsi tamamilə Çinin daxili işidir və heç bir xarici dövlətin ona qarışmaq hüququ yoxdur. Çin bu məsələdə bütün xarici müdaxilələri qəti rədd edir.

Xatırladaq ki, keçən həftə ABŞ Senatında “Honkon­qun muxtariyyəti aktı” qəbul edilib. Bunun ardınca ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Honkonqda azadlıqların pozulmasına və bölgənin muxtariyyətini sar­sıtmağa məsuliyyət daşıyan Çin Kommunist Partiyası­nın vəzifəli şəxslərinə qarşı viza məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

30 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə