Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə gücləndirilir

Hindistan Çinlə baş verən son gərginlikdən sonra Himalay dağlarında yerləşən Ladaks bölgəsinin müdafiəsini gücləndirməyə başlayıb. Artıq Hindistan bölgədə özü­nün orta mənzilli “Akaş” hava hücumundan müdafiə sistemlərini yerləşdirib.

Xatırladaq ki, ötən həftə Hindistan Ladaks bölgəsində yerləşdirdiyi “Apaçi” vertolyotları və qırıcılarının sayını artırmışdı. Əraziyə, həmçinin “Su-30 MKİ”, “MiQ-29” və “Yaquar” helikopterləri göndərilmişdi.

Xəbəri “Tayms of İndia” verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

30 2020 01:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə