Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gözətçi gəmisinin ekipajı döyüş atışlı məşqlər keçirib

2020-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrinin modernləşdirilmiş gözətçi gəmisinin silah və texniki vasitələrinin yoxlanılması məqsədi ilə döyüş atışlı məşqləri keçirilib.


Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, həyəcan siqnalı ilə qaldırılan heyət qısa müddət ərzində gəmini döyüşə və səfərə hazırlayıb.
Dənizə çıxış zamanı gəminin yenilənmiş mexanizmləri yoxlanılıb, həmçinin artilleriya və bomba atışları icra olunub. Qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirən gəmi heyəti dəqiq atışlarla hədəfləri məhv edib.

29 2020 13:21 -

Köhnə versiyamızdan xəbərləri izlə