Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böhran məngənəsində çapalayan Ermənistan və dünyaya nümünə təqlid edən Azərbaycan…

Liderlik xüsusiyyətləri ilə sahib olduğu güclü dəyərlər sayəsində ətrafında yaratdığı xarizmatik nümunəvi insan, əsaslı davranışları ilə digər insanlar üçün ideal  modelin olmasına zəmin yaradır. Sürətli dəyişən dünyada özündə müsbət keyfiyyətləri ehtiva edən  liderin atdığı addımlar məxsus olduğu ölkə və xalq üçün böyük önəm daşıyır. Danılmaz bir həqiqət mövcuddur ki, Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir.  Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır.

Azərbaycanın xarici siyasət xəttinin ən önəmli üstünlüklərindən olan balanslı və çoxtərəfli siyasət beynəlxalq təşkilatlarla əlaqələrimizdə də özünü göstərir. Azərbaycan xarici siyasətində bir tərəfdən digər ölkələrlə dostluq, qonşuluq, əməkdaşlıq münasibətlərinə ciddi önəm verilir, digər tərəfdən ölkəmizin milli təhlükəsizliyinə və milli maraqlarına zidd olan hərəkətlərə də adekvat reaksiya göstərərək öz mənafeyini müdafiə edir. Xarici siyasətdə müəyyənləşdirilmiş prioritetlər, təbii ki, Azərbaycanın mövqelərinin güclənməsinə, beynəlxalq aləmdə çəkisinin artmasına və daha qüdrətli dövlət olmasına xidmət edir.

Ölkəyə uzaqgörən və qətiyyətli liderin rəhbərliyi, ən çətin və mürəkkəb zamanlarda sistemli və ardıcıl siyasət həyata keçirmək hər bir dövlətin gələcəyinin xilasi deməkdir. Hamıya bəlli olan bir müqayisəni nəzərdən keçirək: Böhran məngənəsində çapalayan Ermənistan və dünyaya nümünə təqlid edən Azərbaycan…

Ermənistan vətəndaşları və bu gün Azərbaycanın işğal altındakı ərazilərində yaşayan ermənilər də anlayırlar ki, İrəvandakı hakimiyyət  onların gələcəyini məhv edir. Artıq bu gün demək olar ki, onların ölkəsi iflasa uğrayıb. İşğala məruz qalan Azərbaycan isə münaqişə dövründə milli maraqlara söykənən, balanslaşdırılmış daxili və xarici siyasət nəticəsində iqtisadi və siyasi gücünü artırmaqla regionun lider dövlətinə çevrilib. İstər regional, istərsə də beynəlxalq əhəmiyyətli layihələrin əsas iştirakçısına çevrilərək, bölgənin vəziyyətini öz xeyrinə dəyişməyə nail olub.

Ermənistandakı sosial-iqtisadi böhran və onun nəticələri yalnız sülh, sabitlik və təhlükəsizlik şəraitində aradan qaldırıla bilər. Münaqişənin həll olunmaması və İrəvanın bu münaqişənin dinc yolla nizamlanması üzrə danışıqlar prosesini süni şəkildə uzatması regional inkişafı əngəlləyir, təcavüzkar ölkənin özünün inkişafını iflic edir. Eyni zamanda səriştəsiz davranışlar, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi, yalnız Ermənistan rəhbərliyi tərəfindən təşəbbüsə qarşı çıxma, məntiqə uyğun olmayan fikirləri və qlobal xarakterli məsələlərdə qısqanc münasibəti bir daha onların siyasətinin mahiyyətini örtaya qoydu.

Ölkəmizdə isə uğurlu - milli maraqlarımıza cavab verən xarici siyasət yeridilməsinə üstünlük verilir. Başqa sözlə, yaşadığımız dünyada müstəqilliyimizin və milli mənafeyimizin qorunub saxlanılmasında xarici siyasət aparıcı rol oynayır. Prezident İlham Əliyev həmişə xüsusi olaraq vurğulayır: “Azərbaycan öz milli maraqlarına uyğun və maraqlarının qorunmasına yönəlmiş xarici siyasət həyata keçirir” . Ölkə başçısı İlham Əliyevin xarici siyasət sahəsindəki uğurlarının əsas səbəbi budur ki, o, müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün hazırlaya bilir. Ölkədə gedən inkişaf və xarici siyasətdə əldə olunan üstünlüklər bəzi dövlətlərin qısqanc münasibətlərinə yol açsa da  və zaman –zaman ölkəmizi asılı vəziyyətə salmaq üçün yeni cəhdlər göstərilsədə, cənab İlham Əliyevin qətiyyətli, prinsipial və cəsarətli gedişləri nəticəsində geri çəkilməyə məcbur olublar. Dünya üçün risklərlə dolu olan bir dövrdə Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda uğurlu siyasət aparmaq böyük qüdrət tələb edir. Prezident İlham Əliyev sistemli, əhatəli və müasir tələblərə tam cavab verən siyasət həyata keçirməklə müsbət nümunə yaradır. Eyni zamanda, Azərbaycanın dövlət başçısı yeni regional əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir.

Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il  mayın 4-də hərəkatın təmas qrupunun videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş Zirvə görüşü keçirildi. Qırxdan çox üzv ölkənin dövlət və hökumət rəhbərləri, eləcə də nüfuzlu şəxslərin qatıldığı videokonfransda əsas mövzu pandemiyaya qarşı birgə mübarizə aparmaq və beynəlxalq səyləri gücləndirməkdən ibarət idi. Koronavirus infeksiyasının (COVID-19) dünyada sürətlə yayıldığı bir dövrdə məhz Azərbaycan  Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası çərçivəsində fövqəladə Zirvə Görüşünün təşkili dünya miqyasında baş verən proseslərə operativ reaksiyası ilə seçilən Türk Şurasının bu cür nümunəvi addım atan ilk beynəlxalq təşkilat olaraq qəbul edilməsi ilə nəticələnib. Dünyanın əksər ölkələrində ciddi fəsadlar törədən pandemiyaya qarşı mübarizədə bütün dövlətləri birləşdirməyə çalışmaq Azərbaycanın humanist siyasət yürütdüyünün və dünyada yaşayan bütün insanların sağlamlığının qorunmasına öz töhfəsini verdiyinin əyani göstəricisidir. Eləcə də, dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi şəxsi nüfuzunun, siyasi təcrübəsi və uğurlu siyasətinin nəticəsidir.       

Zəkiyyə MUSAYEVA,
YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri

29 2020 10:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə