Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı Metropoliteni” bu gün iki yeni qatarı xəttə buraxacaq

Bu gün yeni alınmış 4 qatardan ikisi xəttə buraxılacaq. Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Qurum rəsmisinin sözlərinə görə, yeni qatarlar “Dərnəgül”-“Həzi Aslanov” isiqamətdə xəttə buraxılacaq:

“Qatarlar sazlanıb, sınaqdan keçirilib və xəttə buraxılır”.

Digər iki qatarın xəttə buraxılmasına gəlincə, B.Məmmədov deyib ki, həmin qatarlar hazırda sazlama mərhələsindədir.

Qeyd edək ki, yeni qatarlar “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin Mıtışşi vaqonqayırma zavodunda “Bakı Metropoliteni” QSC-nin sifarişi əsasında istehsal olunub, innovasiyalar baxımından ən müasir - 4-cü nəslə məxsus 81-765. B81-/766.B modelli 20 vaqondan ibarətdir.

 “Xalq qəzeti”

29 2020 11:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə