Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daha bir müəllim koronavirusun qurbanı oldu

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Nəbiyev Naqif Səftər oğlu vəfat edib.

Bu barədə BDU-nun facebook hesabında məlumat yayımlanıb. Sosial şəbəkələrdə N.Nəbiyevin koronavirusdan dünyasını dəyişdiyi barədə xəbərlər yayılıb.

Qeyd edək ki, 60 yaşında dünyasını dəyişmiş N.Nəbiyev 1977-1982-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb, 1986-cı ildən universitetdə pedaqoji fəaliyyətə başlayıb.

2015-ci ildən Fizika üzrə respublika və beynəlxalq fənn olimpiadalar qrupunun rəhbəri olub.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

29 2020 10:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə