Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST: Dünyada koronavirusa 189 min yeni yoluxma aşkarlanıb

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,8 milyon nəfəri  ötüb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Son məlumatlara görə, dünyada ötən gün ərzində təhlükəli infeksiyadan 4 612 ölüm aşkar edilib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 495 760 nəfər təşkil edir.

Son gün ərzində virusa yeni 189 077 yoluxma aşkarlanıb. Epidemiyanın başlanğıcından COVID-19-a yoluxanların sayı 9 843 073 nəfərə yüksəlib.

Qeyd edək  ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

29 2020 10:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə