Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva Respublikasının Birştonas şəhərində milli alətlərimizə büst qoyulacaq

Aypara muğam qrupu 2017- 2019-cu illərdə Litva Respublikasının Vilnus, Klaipeda, Palanga, Kaunas, Birştonas, Trakai, Neringa şəhərlərində bir çox mötəbər tədbirlərdə  və bir çox Beynəlxalq Festivallarda  iştirak edib. Qrup üzvləri, xanəndə Gülzar Fərəcova, tarda Ədalət Behbudov, kamançada Pərviz Fərhadov Litva Respublikasında UNESCO-nun keçirtdiyi LAUKS-NOS və Skamba Skamba Kankliai Beynəlxalq Festivallarında, Litva Respublikasının Cumhuriyyətinin 100-iliyyində, Kaunas şəhərində Beynəlxalq Kurort Festivalında iştirak ediblər. Muğam Qrupu hər çıxışlarında Litvalılarla öz dilərində danışaraq, milli musiqi  alətlərimiz olan tar,  kamançada Litva Respublikasının musiqi nümunələrindən və  Litva  Dövlət himnini  ifa ediblər. Məhz bu ifaya görə  mənfur düşmənlərimiz ermənilərin çox olduğu bir şəhərdə  Azərbaycan bayrağı bir ay dalğalanıb.

Aypara muğam qrupunun Azərbaycan musiqisinin xaricdə mükəmməl şəkildə təbliğatı və siyasəti nəticəsində  Litva Respublikası tərəfindən  Azərbaycan Respublikasına Litvanın Birştonas şəhər parklarının birində tar, kamança və qaval büstü qoyulması barədə təklif verilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

29 2020 10:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə