Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karantin rejimini pozanlar cəzalandırılıblar

Baş Dövlət Yol Polisi İdarəsinin mediaya açıqlamasında bildirilir ki, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimini pozunlar müvafiq qaydada cəzalandırılırlar.

Sonuncu sutka ərzində  nəqliyyat vasitələri ilə hərəkətdə olan 1940 nəfər, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 205 nəfər, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə 5 nəfər olmaqla, ümumilikdə, 2150 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Məlumatda daha sonra deyilir ki, qeyd olunan müddətdə Bakı--Quba yolunun 52-ci kilometrliyində yerləşən karantin keçid postundan 55-i rayon, 50-i paytaxt istiqamətinə olmaqla 105, Bakı -Şamaxı-Yevlax yolunun 31-ci kilometrliyində yerləşən postdan 55-i rayon, 155-i paytaxt istiqamətinə olmaqla 210, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrliyində yerləşən keçid postundan 450-i rayon, 300-ü paytaxt istiqamətinə olmaqla 750 nəqliyyat vasitəsi geri qaytarılıb. Ümumilikdə, 1 065 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

R.TAHİR,
“Xalq qəzeti”

29 İyun 2020 11:02 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Sentyabr 2020 | 23:02
Qələbə soraqlı günlər

Köhnə versiyamızdan xəbərləri izlə