Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərərli və faydasız qidalar zəiflyə, vaxtsız qocalmaya səbəb olur

Rusiyanın qidalanma və biotexnologiyalar üzrə federal tədqiqat mərkəzinin “Sağlamlıq və idman qidalanması” məsləhət-diaqnostika mərkəzinin həkim-dietoloqu Tamara Pruntseva erkən qocalmaya gətirib-çıxaran qidaların adlarını açıqlayıb.

“Arqumentı i faktı” nəşri həmin mütəxəssisə istinadla bildirib ki, çox emal olunmuş qida məhsullarının tərkibində ən azı 5 əlavə olur. Bunlar rənglər, konservantlar, qatılaşdırıcılar, dad əlavələri və digərləridir. Belə qidalara sosislər, şirin qazlı sular, mağazada satılan yarımfabrikat kotletlər, şirniyyat, şirin və quru səhər yeməkləri, həmçinin, südlü desertlər aiddir.

Tamara Pruntsevanın qənaəti belədir: “Adətən, emal olunmuş qida yeyən şəxlərin rasionunda zülal çatışmazlığı yaranır. Hamburgerin içindəki kotletdə, hisə verilmiş kolbasada və ya sosisdə zülal azdır, əksinə, yağların və müxtəlif əlavələrin həcmi həddən çoxdur və bunlar məhsullara özünəməxsus dad verir”.

Məlum olduğu kimi, zülal çatışmazlığı, öz növbəsində, əzələ kütləsinin azalmasına səbəb olur və bəzən immun sistemin zəifləməsinə, vaxtsız qocalmaya gətirib-çıxarır.

R.TAHİR,
“Xalq qəzeti”

29 2020 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə