Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

130-dan çox dövlətin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizin dünyada artan reytinqinin göstəricisidir

Son 17 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət respublikamızın beynəlxalq aləmdəki nüfuzunu getdikcə artırır, mövqeyini möhkəmləndirir. Bir-birinin ardınca qazanılan  diplomatik uğurlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını daha da artırır.  Azərbaycan 155 dövlətin dəstəyini qazanıb BMT Təhlükəsizlik Şurasına qeyri – daimi üzv seçiləndə, müxtəlif vaxtlarda bu quruma iki dəfə sədrlik edəndə, kosmik ailənin üzvü olanda, AŞPA-nın Nazirlər Komitəsinə rəhbərlik edəndə və digər uğurlar qazananda elə fikirləşirdik ki, bütün bunlar müstəqillik tariximizin  ən yadda qalan uğurları olacaq.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının  iki il müddətinə (2012-2013) qeyri-daimi üzvü seçilməsi hər birmizin yaxşı yadındadır. Mötəbər təşkilatın üzvü seçilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olmaqla yanaşı, Prezident İlham Əliyevin çoxaspektli xarici siyasətinin milli maraqlara uyğun həyata keçirildiyini təsdiqləmişdi. Bu uğurlu xarici siyasət hazırda davam etdirilir və ölkəmizin  istər regional, istərsə qlobal müstəvidə maraqlarının yüksək səviyyədə qorunmasını təmin edir.

Sonrakı illər yadda qalan diplomatik uğurlar bir-birni əvəz etdikcə, bütün bunların dövlət başçımızın düşünülmüş siyasi kursunun məntiqi nəticəsi olduğuna əminlik yarandı. Azərbyacan hazırda Türk Şurasına, dünyanın 120 ölkəsini özündə birləşdirən, BMT –dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrlik  edir. Hətta dünyanı koronavirus təhlükəsi bütrüdüyü bir zamanda da dövlət başçımızın təşəbbüsü ilə həmin qurumların videokonfrans formatında zirvə  görüşləri  keçirilib. Bu konfransların  qlobal əhəmiyyətli bir məsələyə- koronavirusla mübarizəyə həsr olunması ölkəmizin insan amilinə verdiyi dəyərin təsdiqidir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə belə zirvə görüşlərinin  keçirilməsi və görüşün sonunda Bəyannamənin qəbul olunması bütün dövlətlərin səylərinin birləşdirilməsi çağırışının məntiqi sübutudur. Bu vaxta qədər dəfələrlə şahidi olmuşuq ki, dövlət başçımızın təşəbbüsləri ilə qlobal əməkdaşlığa mühüm töhfələr verilib.  Elə koronnavirusla mübarizəyə həsr olunmuş sonuncu zirvə görüşlərini xatırlayaq.  Azərbaycan Prezidentinin  təşəbbüsü ilə keçirilən  onlayn zirvə görüşləri həm Türk Şurasının, həm də Qoşulmama Hərəkatının nüfuzunun, beynəlxalq aləmdə oynadığı rolun artırılması istiqamətində  mühüm  əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı  koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyni və nəticədə yeni reallıqların meydana çıxdığını diqqətə çatdırmışdı.  Qeyd etmişdi ki, Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verir. Həmin görüşdə dövlətimizin başçısının  əhatəli çıxışı və ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirlər haqqında ətraflı məlumat verməsi beynəlxalq ictimaiyyətdə böyük maraq doğurmuşdu. Ölkə başçısının qeyd etdiyi kimi, pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə ölkələrin birgə əməkdaşlığına böyük ehtiyac var. Qeyd olunmuşdu ki, COVID-19 pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir.  Dövlət başçımızın “Heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə COVID-19-a qalib gələ bilərik” - fikri pandemiyaya qarşı birgə mübarizə çağırışı kimi qəbul olundu.

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Dövlət başçımız qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxışı da bundan xəbər verir.  Bu da diplomatiyamızın növbəti uğuru idi. BMT Nizamnaməsində  də qeyd edilir ki, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik  Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.  Qurumun təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları çox az hallarda keçirilib. Dövlət başçımızın bu təklifi  Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılmışdı.

Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev bu quruma üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə  də müraciət ünvanlayıb. Qürurverici haldır ki, dövlət başçımızın bu təklifi  yekdilliklə qəbul edilib və artıq 130-a qədər ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Bu təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində artan nüfuznun göstəricisidir. Abu fakt bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin də Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında Azərbaycanın dünya birliyində belə yüksəkliyə qalxması və beynəlxalq ictimaiyyətin   inamını qazanması düzgün müəyyənləşdirlmiş siyasi kursun bariz nümunəsidir.

BMT Baş Assambleyasının xüsusi sessiyasının  bəşəri təhlükə yaratmış koronavirusa qarşı mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə  rəvac verəcəyinə və bu qlobal təhdidə qarşı  cavabın tapılmasında mühüm rol oynayacağına  əminlik yaradıb.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

29 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə