Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində görüş

Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində görüş keçirilib. Görüşdə  Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi və Misir Milli Opera Evinin istedadlar Mərkəzinin rəhbəri Abdelvahab əl-Said iştirak ediblər.   Hər iki  müəssisə rəhbərləri iş fəaliyəti haqqında danışıblar.

Qonaqlar  görüşdən məmnun olduqlarını bildiriblər və Misir Milli Opera Evi ilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi arasında gələcək əməkdaşlıq istiqamətində müzakirələr aparıblar.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Oktyabr 2018 12:30 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə