Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi nəqliyyat vasitələrinin cari təmiri xərclərinin (ehtiyat hissələrinin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tenderin predmeti-lot -1 .maddə 222120.nəqliyyat vasitələrinin cari təmiri xərclərinin (ehtiyat hissələrinin) satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınal­malarının https.//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olaraq tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən iddiaçılar 100 (yüz) manat məbləğdə iştirak haqqını “Asan ödəniş” sistemi vasitəsilə nağdsız ödəniş etməklə qeyd olunan hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

BANK REKVİZİTLƏRİ :        

 Bank -   DXA

Kod-   210005

VÖEN-    1401555071

Mh-    AZ41NABZ0136010000000003944

SWIFT-    CTREAZ22

NİZAMİ RAYON MKTİB AZ06CTRE00000000000002517939

VÖEN -  1600127621

Bakı şəhəri ,Nizami rayonu ,Rüstəm Rüstəmov küçəsi 28.

Əlaqələndirici şəxs-  Bayramov Bayram Nurəddin oğlu  - 012-323-33-28.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, Azərbaycan Respublikasında qeydiyyatı və rekvizitləri (hüquqi sənədlərin surəti notarial qaydada təsdiq olmalıdır);

- iddiaçının vergilərə və digər icbari ödənişlərə aid borcunun olub -olmaması haqqında müvafiq arayış;

- maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçıların tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalı­dır) və ümumi təklifin 1 faizi həcmində tender təklifinin bank zəmanəti (təklifin qüvvədə olma müddətindən 60 bank günü çox olmalıdır) portal vasitəsilə satınalan təşkilata ünvanlanmalıdır;

-iddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər;

-əsas şərtlər toplusu haqqında hər hansı izahatı, yaxud hər hansı sənədi aydınlaşdırmaq üçün iddiaçı satınalan təşkilata məktubla, elektron poçtla, faksla, telefonla müraciət edə və həmin müraciəti onun ünva­nına göndərə bilər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 17 iyul 2020-ci il saat 11.00-a, tender təklifi və bank zəmanəti sənədlərini isə 27 iyul 2020-ci il saat 15.00- a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 28 iyul 2020-ci il saat 11.00-da olacaqdır.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

 

26 2020 14:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə