Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmazın daxili küçələrinin təmiri və yenidən qurulmasının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının www.etender.gov.az vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid in­ternet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri – VÖEN – 1401555071,

A1. Emitent (ödəyən) bank

Adı –Dövlət Xəzinədarlığı Agentliyi

Kod – 210005

M/h – AZ41NABZ01360100000000003944

S. W.İ.F.T.BİK:CTREAZ22

A2. Ödəyən müştəri-Xaçmaz Rayon İcra Hakimiyyəti

H/h- AZ82CTRE00000000000002514631

VÖEN -7700122901

Büdcə təsnifatının kodu – 142330

Büdcə səviyyəsinin kodu – 7

Tenderdə iştirak haqqı 200 manatdır.

İştirak haqqı geri qaytarılmır.

İştirak haqqının ödənilməsi yalnız asan ödəniş vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak üçün “asan ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar. Xaçmaz Rayon İcra Hakimiyyəti qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.

İddiaçılar tenderdə iştirak hüququnu təsdiqləyən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflər açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflər açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalı və bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınma­dan) vergi ödəyicisinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyə hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

Malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyarlar aşağıdakılardır:

- tenderin prerdmeti üzrə iş təcrübəsinin olması (təsdiqedici sənədlər təqdim edilməklə);

- texniki və maliyyə imkanlarının olması;

- bu sahədə peşəkarlığın olması.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sual­larını portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Tenderlə əlaqədar istənilən məlumatı almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar:

Əlaqələndirici şəxs – Şamama Məmmədova.

Ünvan – Xaçmaz şəhəri , H.Z.Tağıyev küçəsi 10.

Əlaqə telefonu – (023) 325 38 39, (023) 325 53 00, faks - (023) 325 32 26

E-mail: [email protected]

Tender proseduru “Dövlət satınalmaları haqqın­da” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 iyul 2020-ci il saat 10.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 27 iyul 2020-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 28 iyul 2020-ci il saat 11.00-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında aparıla­caqdır.

QEYD - tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yal­nız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

26 2020 14:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 Avqust 2020 | 00:01
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş
8 Avqust 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə