• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə işıq üzü görüb

Azərbaycanlı alimin məqaləsi beynəlxalq nəşrdə işıq üzü görüb

Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin Ümumdünya Fenomenologiya İnstitutunun "Springer" nəşriyyatında çıxan “Analecta Husserliana” çoxcildliyinin “Eko-Fenomenologiya: Həyat, İnsan Həyatı, Post-İnsan Həyatı Kosmosun Harmoniyasında” adlı son cildində “Mən: ilahi nurlanma və sosial reallığın kəsişmə nöqtəsi olaraq” adlı məqaləsi dərc edilib.

www.science.gov.az saytı yazır ki, azərbaycanlı alim məqaləsində “mən” fenomenini insan varlığının sabit nüvəsi adlandırır və onu ilahi nurlanma və sosial reallıq kimi iki aspektdən araşdırır. Məqalədə “mən” daxili və xarici təsirlərin kəsişmə nöqtəsində  götürülməklə yanaşı, həm də ideyalar aləminə və həqiqətin ilahi mənbəyinə açılan bir qapı kimi təhlil edilir.

Qeyd edək ki, Dünya Fenomenologiya İnstitunun yaradıcısı, amerikalı filosof Anna-Teresa Tymienieçkanın xatirəsinə həsr olunan kitabda fenomenologiya üzrə tanınmış mütəxəssislərin eko-fenomenologiya və müasir ekoloji düşüncənin öyrənilməsinə dair aktual əsərləri toplanıb. Bundan əlavə, burada fenomenoloji antropologiya, təbiətə insani münasibətin ekoloji perspektivləri, canlı və virtual bədənin fenomenologiyası kimi məsələlər də araşdırılır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Oktyabr 2018 12:18 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin