Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı alim beynəlxalq mükafata layiq görülüb

Yaponiyada yaşayan həmyerlimiz, elektronika sahəsində tanınmış mütəxəssis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər Beynəlxalq Elektrotexnika Komissiyasının (IEC) xüsusi mükafatına layiq görülüb. 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Yaponiya üzrə mükafatların təqdim edilməsi mərasimi Tokioda yerləşən “Nippon Toşi” Mərkəzində keçirilib. “Sənaye standartları sahəsində standartlaşdırma layihələri” üzrə böyük uğurlar qazanan 100-ə yaxın alim və tədqiqatçıya mükafatlar təqdim edilib. 
Soydaşımız ön işıq diodlarının ölçülməsi üçün elektrooptik metodun hazırlanmasında xidmətlərinə görə Beynəlxalq Elektrotexnika Komitəsi tərəfindən təltif edilib.

Xəlil kələntər 10 ildən artıqdır eksperti kimi fəaliyyət göstərdiyini, hər zaman fəaliyyətinin Yaponiya hökuməti və IEC tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd edək ki, IEC 1906-cı ildə yaradılıb və beynəlxalq standartları hazırlayan üç təşkilatdan (IEC, ISO, ITU) biridir.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

5 Oktyabr 2018 12:05 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin