• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı alimlərin məqaləsi Fransada dərc olunub

Azərbaycanlı alimlərin məqaləsi Fransada dərc olunub

AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və müəssisənin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovanın məqaləsi Fransada nəşr olunan “Innovations regionales” elmi jurnalının payız buraxılışında işıq üzü görüb.

www.science.gov.az saytı yazr ki,  “Əlyazma: İnsan əlinin ən böyük möcüzəsi” (“Manuscrit: Une des plus grandes merveilles de la main”) adlı məqalədə institutun fəaliyyətindən, qədim əlyazmaların toplanması, tədqiqi, mühafizəsi və təbliği sahəsində qazanılmış çoxillik təcrübədən, xüsusilə multidissiplinar əlyazmaların fənlərarası əhəmiyyətinin öyrənilməsi məsələlərindən bəhs olunur.

Bundan əlavə, qurumun son illərdə genişlənməkdə olan beynəlxalq əlaqələrindən, o cümlədən UNESCO, Beynəlxalq Əlyazmalar Cəmiyyəti və İslam Əlyazmaları Cəmiyyəti kimi nüfuzlu təşkilatlarla qarşılıqlı münasibətlərindən söhbət açılır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”
                                

5 Oktyabr 2018 11:56 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin