Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cibuti Respublikasının Prezidenti Zati-aliləri cənab İsmail Ömər Gellehə

Hörmətli cənab Prezident!

Dost Cibuti Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adın­dan səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənəyə və qarşılıqlı hörmətə əsaslanan Azərbaycan–Cibuti münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalarda möv­cud olan faydalı əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Cibuti xalqına əmin-amanlıq və firavanlıq arzulayı­ram.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2020-ci il

26 2020 12:05 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə