Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

E-dövlət mühitində gizli sosial şəbəkələrin aşkarlanması üçün yeni metod təklif olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və institutun elmi işçisi Günay Niftəliyevanın həmmüəllifi olduqları “Extracting social networks from e-government by sentiment analysis of users” (İstifadəçi şərhlərinin sentiment analizi əsasında e-dövlət mühitindən sosial şəbəkələrin çıxarılması) adlı məqalə “Scopus” elmi bazasında indeksləşən “Electronic Government” adlı yüksək reytinqli beynəlxalq jurnalda çap olunub.

www.science.gov.az saytı yazır ki, məqalədə dövlət əleyhinə təbliğatın qarşısının alınması üçün metod təklif olunub. Metodda sentiment analiz, “opinion mining”, “text mining” və sosial şəbəkə analizi üsullarından istifadə olunub. Təklif olunmuş metodda vətəndaşların e-dövlət mühitində yerləşdirilən sənədlərə yazdığı şərhlər əsasında gizli sosial şəbəkələr və onlar arasında münasibətlərin dərəcəsinin müəyyən olunması nəzərdə tutulub. Bu məqsədlə əvvəlcə şərhlər analiz olunub, qruplaşdırılıb və onların içərisində heç olmasa bir dəfə mənfi şərh yazan istifadəçilər arasından gizli sosial şəbəkələr aşkarlanıb. Aşkarlandıqdan sonra bu sosial şəbəkələrdən əsas aktorlar müəyyən olunub. Bununla yanaşı, məqalədə müxtəlif mühitlərdə sosial şəbəkələrin çıxarılması metodları, eləcə də e-dövlətin idarəolunmasında sosial şəbəkələrin rolu haqqında məlumat verilib.

Bu məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində hazırlanıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

5 Oktyabr 2018 11:54 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə