Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Paraqvay hökuməti və xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan səmimi münasibətlər sülh və firavanlıq naminə gələcəkdə daha da güclənəcəkdir. 
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına və hökumətinə təbriklərimi, Zati-alinizə ən yüksək hörmət və ehtiramımı çatdırıram.

 

Mario Abdo Benitez
Paraqvay Respublikasının Prezidenti 

24 2020 22:13 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə