Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası xüsusi təyinatlı 2 ədəd avtomobilin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Satınalmanın predmeti:
Lot -1. Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası tərəfindən xüsusi təyinatlı 2 ədəd avtomobilin satın alınması . 
Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- aşağı qiymət, müqavilənin yerinə yetirilmə müddəti və şərtlər toplusunda digər qiymətləndirmə üçün tələblərə uyğunluq. Satınalma predmeti müqavilə imzalandığı andan etibarən 30 gün müddətində təchizat bazasının ünvanında təhvil verilməlidir.
Tender təklifinin qiymətinə satınalma predmetinin dəyərindən başqa digər xərclərin (nəqliyyat və sığorta xərcləri, vergilər və rüsumlar) daxil edilib-edilməməsi haqqında məlumat daxil olmaqla, təklifin qiymətinin hesablanması və ifadə olunması öz əksini tapmalıdır.
Tender təklifinin qiyməti manatla ifadə olunmalıdır. 
Təchizat Bazasının qarşısında yerinə yetirilməmiş və ya lazımi səviyyədə yerinə yetirilməmiş öhdəliyi olan fiziki və hüquqi şəxslər bu tenderdə iştirak edə bilməzlər.
Maraqlananlar tenderlə əlaqədar əlavə məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət edə bilərlər.
Əlaqələndirici şəxs- İbrahimova Nübar Məmməd qızı.
Ünvan- Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor qəsəbəsi , 8-ci köndələn küçəsi,telefon-(012) 514-88-42; Faks: (012) 448-34-02; 
E-mail: [email protected]:[email protected] 
Tenderin əsas şərtlər toplusu Azərbaycan Respublikasının dövlət dilində tərtib olunur. Zərurət olduqda beynəlxalq ticarətdə istifadə edilən dillərin birinə tərcümə olunacaqdır. Maraqlananlar əsas şərtlər toplusu ilə elekton portal vasitəsilə tanış ola bilərlər.
İştirak haqqının ödənilməsi yalnız “Asan Ödəniş” vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün “Asan Ödəniş et” düyməsini sıxaraq ödənişi etdikdən sonra müsabiqədə iştirak etmək olar.Tenderdə iştirak haqqı 800 manatdır. 
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürə bilərlər:
Tel./Faks: 012 514 88 42.
Təşkilat- Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası
 “ ABB”-nin Sənaye filialı 
 Kod-805603
 VÖEN-9900001881
 Mh--AZ03NABZ01350100000000002944 
S.W.I.F.T.:İBAZAZ2X
Hh- AZ83İBAZ38050019441609722211
VÖEN-1500285191
Malgöndərənlər (podratçılar) tenderdə iştirak üçün iştirak hüququ və ixtisasını təsdiqləyən aşağıdakı sənədləri (tender təklifi və təklifin ümümi məbləğinin 1faizi həcmində bank təminatı istisna olmaqla) təqdim etməklə 2020-ci il iyulun 17-nə kimi qeydiyyatdan keçməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi və dövlət reyestrindən çıxarışı(hüquqi şəxsdirsə), qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının təqdim ediləcək malların satışı üzərində rəsmi nümayəndəlik hüququnun olmasını təsdiq edən sənədin əsli və ya surəti (səlahiyyət məktubu, etibarnamə və s.)
- iddiaçının analoji işlərdə təcrübəsi, maliyyə, potensial texniki və kadr imkanları haqqında məlumat.
Malgöndərənlər (podratçılar) təchizat bazasından 2020-ci il iyulun 17-nə kimi satınalma prosedurlarına aid izahat ala bilərlər. 
Tender təklifi və təklifin təminatı 28 iyul 2020-ci il saat 18.00-a qədər təqdim olunmalıdır. Göstərilən vaxtdan gec təqdim olunan təkliflər qəbul edilməyəcəkdir. Səmərəli rəqabətin təmin edilməsi və elektron satınalmanın baş tutması üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı 3 (üç) iştirakçıdan az olmamalıdır.
Tender təklifi tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır. Tender təklifinin ümumi məbləğinin 1faizi həcmində bank təminatı təqdim edilməlidir. Bank təminatı tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır. Bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır. Elektron satınalmanın açılışı 29 iyul 2020-ci il saat 11.00-da elektron portal vasitəsilə həyata keçiriləcəkdir. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər. 
 
 
Tender komissiyası
25 2020 02:55 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə