Ən son xəbərlər

Son buraxılış
Arxiv

Davamlı tibbi təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirilib

Davamlı tibbi təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Davamlı Tibbi Təhsilin tətbiqi ilə bağlı maarifləndirici toplantı təşkil olunub.

Bakı Şəhər Baş Səhiyyə İdarəsininin, eləcə də digər qurumların tabeliyində olan səhiyyə müəssisələrinin rəhbər işçiləri üçün nəzərdə tutulan bu görüşdə geniş təqdimatla çıxış edən İSİM-in şöbə müdiri Aris Rüstəmov bildirib ki, dünyanın qabaqcıl ölkələrində istifadə olunan həkimlərin davamlı tibbi təhsil sistemi keyfiyyətli tibbi yardımın göstərilməsinə zəmin yaradır.

Tədbirdə Avropa Birliyi ölkələrində, eləcə də Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Yeni Zelandiya, Rusiya və digər ölkələrdə davamlı tibbi təhsil sisteminin tətbiq olunduğu vurğulanıb.

Ölkəmizdə səhiyyə mütəxəssislərinin peşə, bilik və bacarıqlarının təkmilləşdirilməsi prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 20.06.2017-ci il tarixli 45 nömrəli əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib. Bu qaydalar əhaliyə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etmək məqsədi ilə praktik tibbi fəaliyyətlə məşğul olan həkimlərin davamlı tibbi təhsil prosesini tənzimləyir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, əvvəllər həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, təkmilləşdirmə kurslarında beş ildə bir dəfə həyata keçirilirdi. Yeni qaydalara görə, həkim davamlı olaraq peşə, bilik və bacarıqlarını təkmilləşdirməlidir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

5 Oktyabr 2018 10:53 - SƏHİYYƏ
SƏHİYYƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin