Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tovuz Rayon İcra Hakimiyyəti 2020-ci ildə Tovuz rayonunda büdcədənkənar vəsait hesabına yolların təmiri işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tovuz rayonunda büdcədənkənar vəsait hesabına yolların təmiri  işlərinin yerinə yetirilmə müddəti ilin axırına qədərdir .
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə www.tender.gov.az. portalı vasitəsilə təqdim etsinlər. 
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. 
Tenderdə iştirak etmək istəyənlər 60 manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tovuz şəhəri , İstiqlal küçəsi 2 nömrəli ünvanda , Tovuz Rayon İcra Hakimiyyətindən və yaxud www.tender.gov.az. portalından (əlaqələndirici şəxs - Məmmədov Mübariz Məmməd oğlundan, telefon- (050-264-62-48) əldə edə bilərlər. 
Təşkilat-Tovuz Rayon İcra Hakimiyyəti 
Hh-AZ03CTRE00000000000002513531 
VÖEN-7300145781
Bank- Dövlət Xəzinədarlığı Agentliyi 
Kod-210005
VÖEN-1401555071
M/ h-AZ41NABZ01360100000000003944
S.W.İ.F.T CTRE AZ22 
İştirak haqqı heç bir halda geri qaytarılmır. 
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri www.tender.gov.az. portalı vasitəsilə təqdim etməlidirlər: 
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı ( ən azı 60 bank günü qüvvədə olmalıdır); 
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- iddiaçıların son bir ildə analoji işlər üzrə təcrübəsi və potensial imkanları haqqında məlumat. 
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır. (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir) .
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləçəkdir. 
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 14 iyul 2020-ci il saat 17.00-a , tender təklifi və bank zəmanətini isə 22 iyul 2020-ci il saat 17.00-a qədər, www.tender.gov.az. portalında yerləşdirməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan sənədlər etibarsız hesab olunacaqdır. 
İddiaçıların təkliflərinə 23 iyul 2020-ci il saat 11.00-da Tovuz Rayon İcra Hakimiyyətində baxılacaqdır. İddiaçılar tenderin nəticələrilə Portal vasitəsilə tanış ola bilərlər.Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 
Bu barədə məlumat www.tender.gov.az. internet saytında yerləşdirilmişdir. 

25 2020 02:49 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
31 İyul 2020 | 00:00
MƏTANƏT A
31 İyul 2020 | 00:00
KAPİTAL BANK
31 İyul 2020 | 00:00
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə