Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Kitabxanada “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açıldı

Milli Kitabxanada “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açıldı

Azərbaycan Milli Kitabxanasında tanınmış ədəbiyyatşünas alim, mətnşünas, şərqşünas, şair və tərcüməçi, filologiya üzrə elmlər doktoru, akademik, AMEA Humanitar elmlər bölməsinin akademik katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Həşim oğlu Kərimlinin anadan olmasının 65 illiyi münasibətilə “Teymur Kərimli-65” mövzusunda kitab sərgisi açılmışdır.

Sərgidə ədəbiyyatşünas alimin müəllifi olduğu əsərləri, redaktə  və tərcümə etdiyi, elmi məsləhətçisi olduğu kitablar , onun haqqında yazılan qəzet və jurnal materialları əhatə olunmuşdur.

Qeyd edək ki, sərgi bir həftə ərzində davam edəcək.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

5 Oktyabr 2018 10:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə