Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 yanvar tarixli 1803 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 9, maddə 774, № 10, maddələr 855, 859; 2011, № 2, maddə 80; 2018, № 1, maddə 58) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.2-ci bəndə “rəisinin” sözündən sonra “, Azərbaycan Respublikası xarici işlər nazirinin” sözləri əlavə edilsin;
2. 5.2-ci bənd ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 oktyabr 2018-ci il

5 Oktyabr 2018 01:10 - FƏRMANLAR
FƏRMANLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin