Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Analar əlavə qida barəsində nə bilməlidir?

Analar bilməlidir ki, əlavə qida dedikdə, “artıq uşağa hər şey vermək olar“ nəzərdə tutulmur. Analar bilməlidir ki, əlavə qida elə əlavədir, əsas qidaya çevrilib ana südünün yerini tutmalı deyil. Analar bilməlidir ki, körpəyə əlavə qida verilərkən onun sadəcə insan olduğu deyil, həm də çox körpə insan olduğunu nəzərə almaq lazımdır. Beləliklə, biz uşaqları əlavə qidaya keçirərəkən onların sağlamlığını qorumuş olarıq.

Əlavə qida ilə bağlı çoxsaylı miflər mövcuddur. “Qoy uşaq hər şeydən az-az yesin, öyrəşsin”, “Uşaq iy çəkər”, “İndidən verməsən, sonra yeməyəcək”, “Duz qat. Şəkər qat. Dadsız necə yesin“ və s. kimi fikirlərlə ətrafdan uşaq qidalanmasına yanlış müdaxilələr olur. Bu mudaxilələri edən insanlar istəklərinə çatarlarsa, uşaq sağlamlığı ilə bağlı bir sıra rahatsızlıqlar yaşayar. Biz isə bu rahatsızlıqları görməyə və ya çox gec görə bilərik. Çünki heç də həmişə əlamətlər qabarıq şəkildə özünü biruzə vermir.

Bütün bunlar baş verməsin deyə, analar maariflənməli, oxumalı, öyrənməlidirlər. Körpənizin rejimi, qidalanması, qulluğu nəsildən-nəslə keçən səhv fikirlər deyil, doğru məlumatlar əsasında qurulmalıdır. Analıq məktəbinə daxil olmuş hər bir xanımın etibarlı mənbəyə söykənən bir dərsliyi də olmalıdır.

Əziz analar və ana olmağa hazırlaşan xanımlar, öyrənmək və bilikli ana olmaq istəyirsinizsə, pediatr Aytən İsmayılzadənin müəllifi olduğu “Əlavə nə verim?“ adlı məlumat kitabçasını əldə edin. Kitabça şəhərimizdə müxtəlif kitab mağazalarında satılır. Eyni zamanda, rayonlara poçtla gönədrilir. Əlavə məlumat və sifariş üçün əlaqə nömrəsi: 0703907040

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2020 10:24 - CƏMİYYƏT
CƏMİYYƏT
14 İyul 2020 | 17:26
Ad günün mübarək, Şəhidim

Köhnə versiyamızdan xəbərləri izlə