Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qada­ğaların əleyhinə deyiləm, SAĞLAMLIĞIN LEHİNƏYƏM”

Məlum olduğu kimi, paytaxt Bakıda, habelə Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cə­lilabad, Lənkəran və Masallıda 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ciddi karantin rejimi tətbiq olunacaq, həmin ərazilərdə evdən çıxmaq yenidən “SMS icazə” ilə mümkün olacaq.

Başqa hansı qadağalar qüvvəyə minir? –

Dövlət və özəl təşkilatlarda işləyənlərlə bağlı məhdudiyyətlər tətbiq olunacaq, yəni işçilər  3 qrupa bölünərək müxtəlif vaxtlarda işə başlayacaq; ticarət mərkəzlərinin fəaliyyəti dayan­dı­rı­lacaq; ictimai-iaşə obyektlərinin yerində xidmət dayandırılacaq; bərbərxana-gözəllik salonlarında kosmetik xidmətlər, o cümlədən bu sahədə müştərilərin evində və ya digər məkan­larda xidmətlər dayandırılacaq; muzey və sərgi zallarının fəaliyyəti dayandırılacaq; malların satışı və xidmətlərin göstərilməsi ilə bağlı istisnalar nəzərə alınmaqla məhdudiyyətlər tətbiq ediləcək; eləcə də, açıq havada idman oyunları olmayacaq. 65 yaşdan yuxarı insanların evdən çıx­masına qadağa qoyul­masa da, tövsiyyə olunur ki, yaşlı sakinlər mümkün qədər evdə qalsın.

Əlbəttə, bu qadağalar operativ qərargah tərəfindən duyurulub, KİV tərəfindən tirajlanıb, əhalimiz bir xeyli məlumatlıdır. Bəs bu qərar nə üçün verilib? – Ən ümumiləşmiş, ən çox qəbul­görən fikir odur ki bu, yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşı­sının alınması üzrə həyata keçirilən tədbirləri gücləndirmək zərurətindən irəli gəlir.

Gəlin rəqəmlərə fikir verək:

Azərbaycanda 438 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alı­nıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“COVID-19” üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11 min 767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5 299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”. – Bu, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 19 iyun tarixli məlumatıdır. – Məlum karantin yumşal­ma­sından sonra günbəgün artan yoluxma sayının daha çox müşahidə olunduğu bölgələr üzrə belə bir qərarın qəbulu, necə deyərlər, qaçınılmaz olmuşdur. – Keşkə yoluxmada artım olmasaydı, keşkə belə qadağalara ehtiyac olmasaydı. Bu yerdə, Nobel Sülh Ödüllü Tereza Ananın “Mən mü­haribənin əleyhinə deyiləm, sülhün lehinəyəm” sözlərini xatırlatmaq və “Mən qada­ğaların əley­hinə deyiləm, sağlamlığın lehinəyəm” deyərdim… Müharibə demişkən… müharibəmi? – Bəlkə, daha doğru olar desək, “postmodernmüharibə”. – Mütəxəssislərin və ictimai-siyasi xadimlərin ar­tıq dünya səviyyəsində ümu­miləşmiş rəyinə görə, bu, “elanolunmamış üçüncü dünya müharibəsi” nüvə silahına güvənən güclərin belə, hələ öhdəsindən gələ bilmədiyi qeyri-adi müharibədir. Bu müharibəni biz başlatmamışıq, bu müharibə yalnız bizə qarşı deyil, ancaq bu müharibəyə məruz qalanlardan biri də bizik, bu müharibənin daha böyük acılar yaşatmaması üçün bir an öncə dəf edilməsi üçün səfərbər olmağa ehtiyac var. Üstəlik, “COVİD-19”a qarşı mübarizədə özünəxas təc­rübə və “tərcümeyi-hal” qazanmış ölkəmiz, qarşı dönəmdə yoluxmanın artmasının qarşısını al­maqçün qətiyyət, prinsipiallıq göstərmək zorundadır. “Biz birlikdə güclüyük!” şüarı bugünlərdə daha təsirli səslənir, bu çağırışa daha çox ehtiyac duyulur.

Əhalimiz, özəlliklə, Abşeron yarmadasında, eləcə də, Gəncə, Lənkəran, Yevlax, Cə­lilabad və Masallıda yaşayan, işləyən vətəndaşlarımız sərt karantin rejimin 5 iyuldan o yana keçməməsi üçün 5 iyuladək olan dönəmi dözümlü, anlayışlı keçirməlidir. Bununçün, özünütəcridə çalışmaq, evdən mümkün olduğunca az çıxmaq, sosial məsafə və gigiyena qay­da­larına əməl etmək – bax, bunca sadə amma zəruri tələblərə əməl etməliyik. – Yarımay sərt karantin rejiminə əməl etmək, qarşı aylara SAĞLAMLIQ GÜNƏŞİ doğuracaqsa, bunu kim istəməz..? – Fədakarlıqsa – fəda­kar­lıq, xidmətsə – xidmət, hörmətsə – hörmət!

Artıq nə qədər tanınmış insan, dostumuz-tanışımız infeksiyaya yoluxubsa… “sərt karantin rejimi -- sərt sağlamlıq rejimi” kimi alqılanmalıdır…

Xalqımız, dövlətimiz, vətənimiz zaval görməsin!

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri,
Milli QHT Forumu İdarə heyətinin üzvü

22 2020 10:36 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Avqust 2020 | 04:06
Fədakar arxeoloq

Köhnə versiyamızdan xəbərləri izlə