Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“DOST” mərkəzlərində peşəyönümü məsləhət kabinetləri qurulacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “DOST” mərkəzlərində peşəyönümü məsləhət xidmətlərinin göstərilməsini də nəzərdə tutur. Bu məqsədlə həmin mərkəzlərdə xüsusi təchiz edilmiş peşəyönümü kabinetlərinin qurulması planlaşdırılır.

Peşəyönümü məsləhət xidmətləri aktiv məşğulluq tədbirlərindən biridir. Gənclər, işaxtaran və işsiz şəxslər peşəyönümü tədbirlərinə cəlb olunmaqla, onlar əmək bazarının cari vəziyyəti və əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar, dövlət məşğulluq xidmətləri barədə məlumatlandırılır. Onlarla müsahibə və testlər keçirilməklə, təhsil və bacarıqlarına, şəxsi keyfiyyətlərinə uyğun olaraq peşə və ixtisas seçiminə, peşə maraqlarının formalaşdırılmasına yönəldilmiş məsləhət xidmətləri göstərilir.

Hazırda peşəyönümü xidmətləri nazirliyin məşğulluq orqanları tərəfindən təqdim edilir. Bu sahədə işlərin davamı kimi, ötən il həmin orqanlar vasitəsilə 135 minə, bu ilin 5 ayında 37,6 minə yaxın şəxsə  peşəyönümü məsləhət xidməti göstərilib.   

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

22 2020 10:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə