Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazax: şikayət yerində araşdırılanda...

Havaların ­quraqlıq keçməsi kənd təsərrüfatında suvarma suyuna olan tələbatı daha da artırır. Buna görə də su mənbələrində olan adi bir nasazlıq bəzən hektarlarla sahənin lazımınca suvarılmasına maneçilik törədir. Nəticədə kəndlinin əzab-əziyyətlə yetişdirdiyi məhsul zay olmaqla yanaşı, adamların öz aralarında narazılıq yaranır, növbəlilik prinsipi pozulur və sair. Lap elə Ağköynək və Qarapapaq kəndlərində olduğu kimi…

Belə mübahisəli məsələləri, müəyyən narazılıqları və şikayətləri əksər hallarda yerində yoxlayıb operativ tədbir görməyi özünün iş üslubu seçən Rəcəb Babaşov bu dəfə adlarını çəkdiyimiz bir qrup kənd sakininin müraciəti əsasında həmin kəndlərə gəlib. 
Anbardan gələn su xəttində yaranmış problemin aradan qaldırılması ilə bağlı müraciətləri diqqətlə dinləyən icra hakimiyyətinin başçısı məsələnin operativ həll olunması üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Rayon rəhbəri həmçinin mövcud  su mənbəyindən  qənaətlə istifadə edilməsini, əkin sahələrinin suvarılması üçün  bütün imkanların maksimum səfərbər olunmasının vacibliyini də diqqətə çatdırıb. Xüsusilə indiki vaxtda, yəni suvarmanın  belə qızğın çağında su itkisinə yol verilməməsi tövsiyə olunub. Əkin sahələrinin növbəlilik prinsipi əsasında suvarılmasına ciddi əməl olunması məsələsinə də toxunan rayon rəhbəri bu işdə bir qayda-qanun, ciddi intizam yaradılmasının vacib olduğunu diqqətə çatdırıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Onlar qeyd ediblər ki, istənilən xahiş, müraciətin həllini çox gözləməli olmurlar. Buna görə də dövlətə və dövlətçiliyə inam hissi  çox yüksəkdir.

Hamlet Qasımov,  
“Xalq qəzeti”nin bölgə müxbiri

17 2020 11:01 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə