Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA MEK Milli Qurtuluş Günü ilə bağlı videoçarx hazırlayıb

15 iyun Milli Qurtuluş Günü ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxana (MEK) ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə bağlı videoçarx hazırlayıb. Videoçarxda vətənin dar günündə, siyasi intriqaların, çəkişmələrin, xaosun tüğyan etdiyi bir zamanda ictimiayyətin, ziyalıların təkidli xahişi ilə Bakıya gələn ulu öndərin keçdiyi əziyyəti və uğurlu siyasi fəaliyyəti təqdim edilmiş, onunhakimiyətə qayıdışının dövlətimizin xilası üçün müstəsna əhəmiyyət daşıması vurğulanmışdır.

Videoçarxda Milli Qurtuluş Gününün məzmun və mahiyyətinin təqdim edilməsi ilə yanaşı həmçinin AMEA Mərkəzi Elmi Kitabxanasında ulu öndərin irsinin təbliğ olunması ilə bağlı yeni açılan “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” şöbəsi və gələcək planları barədə də məlumat verilib. Videoçarx sosial şəbəkələrdə çoxminlik səhifələr tərəfindən paylaşılıb.

https://youtu.be/IfNbu1synYA

Hazırladı:
Anar Əli,
“Xalq qəzeti”

15 İyun 2020 23:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Sentyabr 2020 | 14:01
Erməni xisləti və siyasəti...

Köhnə versiyamızdan xəbərləri izlə