Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Macarıstan XİN: Avropa İttifaqı ilə Azərbaycan arasında hərtərəfli saziş imzalanmalıdır

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında yeni, hər məsələni əhatə edən ikitərəfli saziş imzalanmalıdır.
Macarıstanın Xarici işlər və xarici ticarət naziri Peter Siyarto Aİ və Şərq tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra onlayn konfransda bildirib ki, Şərq tərəfdaşlığı post-pandemiya dünyasında Aİ üçün böyük əhəmiyyət kəsb edir: “Aİ-yə tərəfdaşlar və müttəfiqlər qismində üçüncü ölkələr lazımdır, bu günədək bu qurum Şərq tərəfdaşlığının vacibliyini yalnız sözdə vurğulayırdı. Amma bu iclasda dörd konkret təklif irəli sürüldü”.
Nazir qeyd edib ki, bu təkliflərdən biri Aİ ilə Azərbaycan arasında hərtərəfli sazişlə bağlıdır: “Azərbaycanla tərəfdaşlıq barədə saziş imzalanmalıdır. Təbii qaz hasilatının daim artdığı Azərbaycan enerji ehtiyatlarının tədarükü məsələsində vacib rol oynayacaq”.
“Xalq qəzeti”

13 2020 12:24 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü

Köhnə versiyamızdan xəbərləri izlə