Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyun ayında 190 manat veriləcəkmi?

Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov vətəndaşlara iyun ayında 190 manatın verilib-verilməyəcəyi ilə bağlı suallarına aydınlıq gətirib:

“Pandemiya səbəbindən ölkədə tətbiq olunan xüsusi karantin rejiminin biznesə və  vətəndaşlara vurduğu iqtisadi ziyanı qarşılamaq üçün dövlət tərəfindən müəyyən tədbirlər həyata keçirildi. Xüsusən də işsiz qalan əhaliyə 190 manat birdəfəlik ödənişlərin iki ay müddətində verilməsi 600 min nəfər vətəndaşı əhatə etdi. Hazırda karantin rejimi qismən yuşaldılmaqla davam etsə də, hələ də fəaliyyətinə icaz verilməyən sahələr var. Belə olduğu təqdirdə həmin sahələrdə çalışan və hazırda işsiz qalan əhalinin 190 manat aylıq ödənişi iyun ayında da alması məsələsi gündəmə gəlir.

Ola bilər ki, bir neçə nəfərdə əlaqə nömrələrini yanlış qeyd etdiklərinə görə və ya işsiz kimi qeydiyyatdan keçdikləri dövrdə qeyd etdikləri telefon nömrəsini hazırda işlətmədiyinə görə banklar onlarla əlaqə saxlaya bilmir. Onu da məşğulluq xidməti mərkəzləri həmin vətəndaşları proaktiv qaydada məlumatlandırırlar, o vəsaitin hansı bank tərəfindən ödənilməsi barədə məlumat verirlər. Onlar da gedib həmin bankdan vəsaitlərini götürürlər. Bu da çox az sayda olan vətəndaşlarla bağlı baş verir.

190 manat ödənişlə bağlı şikayətlərin araşdırılmasına gəlincə, bildirək ki, həmin ərizələr müraciət etdikləri tarixə uyğun olaraq araşdırılır. Hələ ki indiyə qədər nazirlik tərəfindən birdəfəlik ödəmə verilən vətəndaşlarla bağlı heç bir yanlışlıq olmayıb, vətəndaşlar da cavab məktubları ilə tam razılaşırlar.

İyun ayında işləməyən vətəndaşlara 190 manatın verilməsinin davam edib-etməyəcəyi ilə bağlı deyə bilərik ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Nazirlər Kabinetinin təsdiq etdiyi qərara uyğun olaraq icra olunub. O dövrdə bu ödəniş aprel və may ayları ilə bağlı nəzərdə tutulurdu, o zaman əmək bazarı ilə bağlı ciddi qadağalar var idi.

Vətəndaşlar yenidən əmək bazarına qayıdıblar. Amma təbii ki, hökumət əgər belə bir qərar verərsə, nazirlik də bunu icra edəcək. Nazirlər Kabineti qərar  verir, biz isə icraçı təşkilatıq”. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

12 2020 10:24 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə