• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağaclar kütləvi kəsilib

Ağaclar kütləvi kəsilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Qəbələ rayonu Dizaxlı kəndindəki meşəlik ərazidə ağacların kütləvi kəsilməsi ilə bağlı daxil olan şikayət  yerində araşdırılıb.

Araşdırma zamanı ağacların meşə fondu ərazisində deyil, rayonun Dizaxlı kənd sakinləri Şiraz Osmanov və Mehman Umarova məxsus həyətyanı sahələrdə kəsildiyi aşkar edilib.

Kənd sakinlərinin xüsusi mülkiyyətlərində olan həyətyanı sahələrə keçirilən baxış zamanı yaş köküstə 3 qoz və 2 qovaq ağacının kəsildiyi müəyyən olunub. Torpaq mülkiyyətçiləri ağacları maddi ehtiyaclarını ödəmək üçün kəsərək satdıqlarını etiraf ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ağac kəsintisi faktları olmasına baxmayaraq mövcud qanunvericiliyin tələbləri həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə imkan vermir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” və “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi” Qaydalarının tələbləri xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara şamil edilmir.

 

Qəzənfər  QASIMOV,
“Xalq  qəzeti”

4 Oktyabr 2018 18:48 - EKOLOGİYA
EKOLOGİYA
18 Oktyabr 2018 | 18:07
Reyd keçirilib
17 Oktyabr 2018 | 17:24
Bəzi yerlərə yağış yağıb
17 Oktyabr 2018 | 17:22
Sürüşmə hadisəsi baş verib

Ən son xəbərləri səhifəmizdən də izləyin