Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

Bununla əlaqədar Mərkəzi Bankın məlumatında bildirilir ki,  AMB-nin valyuta ehtiyatları oktyabrın 1-nə 5 milyard 534,5 milyon dollar olub. Bu göstərici ötən ayın müvafiq dövrü ilə müqayisədə 31 milyon dollar çoxdur. İlin əvvəlinə nisbətən valyuta ehtiyatları 199,9 milyon dollar artıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

4 Oktyabr 2018 18:44 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin