Ən son xəbərlər
Yanvar-avqust aylarında paytaxtda sənaye məhsulunun 15,5 faizi emal sektorunda istehsal edilib.
Bakı Şəhər Statistika İdarəsinin məlumatında daha sonra bildirilir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə emal sektorunda içki istehsalı 4,4 faiz, tütün məmulatlarının istehsalı 63,0 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 81,9 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 5,8 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 6,3 faiz, mebel istehsalı 77,3 faiz artıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin