• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İqtisadi islahatlar icmalı”nın növbəti sayı yayımlanıb

“İqtisadi islahatlar icmalı”nın növbəti sayı yayımlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən mütəmadi olaraq hazırlanan “Azərbaycan iqtisadi islahatlar icmalı”nın növbəti - fiskal islahatlara dair xüsusi buraxılışı işıq üzü görüb.

İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, bu buraxılışda dövlət vəsaitinin idarə edilməsinin optimallaşdırılması, büdcənin daxilolmaları və xərclərinin doğru şəkildə tənzimlənməsi, dövlət borcunun düzgün idarə edilməsi məqsədilə həyata keçirilmiş mühüm islahat tədbirləri şərh edilib. “Büdcə sistemi haqqında” qanunda edilən dəyişikliklər, bu dəyişikliklər nəticəsində qəbul edilən büdcə qaydasının tətbiqinin iqtisadiyyata göstərəcəyi müsbət təsirlər izahlı şəkildə əks olunub. Dövlət büdcəsinin çərçivəsini formalaşdıran, büdcənin hesablanmış gəlir və daxilolmaları, büdcə təşkilatlarının cari və əsaslı xərclərinə dair sifarişləri və dövlətin əsas hədəflərinə uyğun olaraq prioritetləşdirilmiş xərcləri nəzərə alınaraq hazırlanan ortamüddətli xərclər çərçivəsinin əhəmiyyəti barədə də geniş məlumatlar verilib. Büdcənin kompleks şəkildə idarəedilməsi həlqəsinin sonuncu bəndi olan “Dövlət borcunun idarə edilməsinə dair Strategiya”nın mahiyyəti və hədəfləri, həmçinin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumatlar da oxucuların diqqətinə çatdırılıb.

Hüquqi və elmi terminlərlə zəngin məlumatların sadə və aydın dildə təqdim olunduğu bu buraxılışda fiskal islahatların ümumi nəticəsi və bununla əlaqəli proqnozlaşdırılan fiskal dayanıqlılığın qrafiklərlə və infoqrafiklərlə izahlı təsviri xüsusi maraq cəlb edən məqamlardandır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

4 Oktyabr 2018 18:40 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin