Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və İtaliya arasında birgə Fəaliyyət Planı üzərində iş aparılır

Azərbaycan və İtaliya arasında birgə Fəaliyyət Planı üzərində iş aparılır

Azərbaycanda 95 İtaliya şirkəti qeydiyyatdan keçib və bu şirkətlər dövlət əsaslı 41 podrat layihəsində iştirak edir.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Nazir qeyd edib ki, İtaliya Azərbaycanının əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir.

Şahin Mustafayev hazırda Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında yeni Saziş layihəsi, ölkələrimiz arasında energetika, infrastruktur, logistika, dəmir yolları, aqrar sənaye, neft-kimya və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan birgə Fəaliyyət Planı üzərində iş aparıldığını diqqətə çatdırıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

4 Oktyabr 2018 18:37 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin