Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli rus şairi Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Görkəmli rus şairi Sergey Yeseninin 123-ci ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib

Oktyabrın 3-də AMEA Dendrologiya İnstitutunda görkəmli rus şairi Sergey Yeseninin anadan olmasının 123-cü ildönümünə həsr olunan ədəbi-musiqili tədbir keçirilib.

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin mətbuat xidmətinin rəhbəri Nərgiz Qəhrəmanovadan aldığımız məlumata görə, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyanın ölkəmizdəki səfirliyinin nümayəndələri, “Sergey Yesenin” adına Azərbaycan-Rus Ədəbi Əlaqələri Mərkəzinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər.

Mərasimdə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Nəzakət İbadova görkəmli rus şairi S.Yeseninin zəngin yaradıcılığından, onun Bakı həyatı ilə bağlı tarixi faktlardan söhbət açıb.

Daha sonra tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, onun sözlərinə bəstələnən mahnılar ifa olunub.

 

Qabil YUSİFOĞLU,
“Xalq qəzeti”

4 Oktyabr 2018 16:06 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə