Ən son xəbərlər
Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyinin dəstəyi ilə Egey Universitetindən Bakı Dövlət Universitetinə ezam olunan filoloq alim Atıf Akgün XX əsrin birinci yarısında Balkanlarda türk dilində nəşr edilmiş dörd əsəri çevirərək ilk dəfə Azərbaycanda çap etdirdi. Bu, Türkiyəli alim A. Akgünün BDU-nun Türkologiya kafedrasının dəstəyi ilə həyata keçirdiyi layihələrdən biridir.
Bu barədə məlumat verən alim bildirmişdir ki, layihə nəticəsində görülən iş iki cildlik kitab şəklində elmi içtimaiyyətə və geniş oxucu kütləsinə təqdim edildi. Kitaba üç müəllifə aid dörd əsərin mətni və bu əsərlərin təhlili də daxil edilmişdir. Layihə eyni dövrə aid olan türkcə yazılmış digər əsərlərin nəşri ilə davam etdiriləcəkdir.
Müəllif təqdim edilən əsərlərin türk dilində müasir ədəbiyyatın Balkanlarda 1900-cü illərin əvvəllərindən etibarən meydana gəldiyinin sübutu olduğunu təsdiqləyir. Öz sahəsində bir ilk olan bu əsərlərin tarixi və köklü ədəbiyyat ənənəsinə sahib Azərbaycanda - qardaş ölkədə, nəşrindən məmnunluğunu ifadə edən A.Akgün Balkan türkləri ilə Azərbaycan türklərinin tarix, mədəniyyət və ədəbiyyat baxımından bir-birinə ən yaxın türk toplumları olduğunu vurğulayır.
Balkan türklərinin mədəniyyət və ədəbiyyat tarixinə yeni bir töhfə verən layihəni--Balkan türklərinin ədəbiyyatı ilə bağlı belə bir yeni mədəni və elmi xidməti Azərbaycanda ezamiyyətdə olduğu müddətdə həyata keçirməkdən qürur duyduğunu ifadə edən Türkiyəli alim, iki il ərzində birlikdə işlədiyi BDU-nun Türkologiya kafedrasının professor-müəllim heyətinə və filologiya fakultəsinin dekanlığına yaratdıqları şəraitə görə minnətdarlığını da bildirmişdir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə