Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Polis qayda-qanunun keşikçisi olmaqla xalqı və dövləti qoruyur

“Qayda-qanunsuz ölkə, dövlət olmaz. Polis də xalqın dinc həyatını təmin edən qayda-qanunların keşikçisi, cəmiyyətdə asayiş yaradan xidmət işçisidir”.

Tanınmış ziyalı, Azərbaycan Tibb Universitetinin fizioloq dosenti Rəşid Mahmudov şənbə-bazar günlərində paytaxtda tətbiq edilmiş xüsusi qarantin şəraitində polis işçilərinə qarşı itaətsizlik etmiş və tərbiyəsizlik göstərmiş məhəllə sakinlərinin ictimai narazılığa səbəb olmuş hərəkərlərinə kəskin münasibətinin davamında bildirdi:

- Qəbul edilmiş qayda-qanuna hamılıqla riayət etmək lazımdır.

Polisin başına binadan zibil atmaq tərbiyəsizlikdir. Lap ordan keçən polis deyil, mənəm-- niyə mənim başıma zibil atırlar? Düzdü, polislərin də içində nədəsə danışığını bilməyən, bəzən polis etikasından kənar, düzgün hərəkət etməyənlər olur və belələri aşkar edilən kimi layiqli cəzasını alır.

İnsanlar öz dövlətini sevib qoruduğu kimi, bu dövlətdə dincliyi təmin edən polisə də yüksək hörmətlə yanaşmalıdır. Onlar bizi qorumaqla ölkəni, dövləti qorumaqla xalqı qoruyurlar. Polis olmasa, həmişə və yerdə mövcud olan yaramazlar, kəmağılar xalqa dinclik verməzlər, oğurluq-əyrilik baş alıb gedər.

Belə olmaz qardaşlar, bu cür hərəkətlər bizi dünyaya vəhşi millət kimi tanıdar. Düşmənimiz olan, qanımıza susayan ermənilərin də çalışdığı, istədiyi elə budur. Biz dövlətimizin dayağı olan xidmət orqanlarının möhkəmlənib düşmənlərin qabağında daha möhkəm dayanması üçün onların nüfuzunu qorumalı, hörmətini saxlamalıyıq. Qoy nüfuzlu ziyalılar, sözüçeçən ağsaqqallar bu həqiqəti çılğın, emosiyalarını cilovlaya bilməyən adamlara tam anlatsınlar.

Rəşid müəllim sonda dedi:

- Sonda soruşuram: harada idi Yasamaldakı o binanın ağsaqqalları, ziyalıları? Niyə eyvana çıxıb sakinləri sakitləşdirmədilər? Görürsünüz, ağıl-kamal gecikəndə onun yerini əsəb, qıcıq, dağıdıcı reaksiyalar və haqsız ittihamlar tutur. Dinc bugünümüz və xoş sabahımız isə sabitliklə, əmin-amanlıqla, qayda-qanununa ən yüksək səviyyədə əməl edilməsi ilə bağlıdır.

Hazırladı:
Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

9 2020 15:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə