Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada koronavirusa yoluxanların sayı 7 milyon 200 mini ötdü

Dünyada koronavirusa yoluxan 3 milyon 536  min 977 nəfər sağalıb, 408 min 744 nəfər isə virusdan ölüb. İndiyədək 7 milyon 200 min 354 nəfərə koronavirus diaqnozu qoyulub.

Məlumata görə, son 20 gündə dünyada 82 mindən çox insan koronavirusdan ölüb

Ən çox yoluxma halları ABŞ (2 milyon 26 min 493), Braziliya (710 min 887) və Rusiyada (476 min 658) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 171 min 121 nəfər yoluxub, 4 min 711 nəfər ölüb. İranda isə 173 min 832 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 8 min 351 nəfər pandemiyanın qurbanı olub.

“Xalq qəzeti”

9 2020 14:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə